Bu yollarda tıxac var -
Bakının bir sıra yollarında tıxac yaranıb.Metbuat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;6. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.