Nobel mükafatı laureatı Şirin Ebadi və kinorejissor Möhsün Məxməlbaf kimi tanınmış iranlılar baş verənlərin mümkün həll yolu kimi ABŞ-ın Xameneini və SEPAH rəhbərliyini “aradan götürməsi”ndə görürlər. Radikal seçim olan bu variant 12 günlük müharibədən fərqli olaraq, indi mümkün seçimlər arasında ola bilər.
12 günlük müharibədə İranın hərbi-siyasi rəhbərliyi İsrail tərəfindən bir-bir neytrallaşdırıldığı vaxt Xameneinin də öldürülməsi imkanları vardı. Lakin həmin vaxt belə bir addımın atılması onun “şəhid obrazında” qəhrəmanlaşmasına səbəb olar və təkcə İranda yox, “müqavimət oxu” adlandırdıqları coğrafiyada “vahid cəbhəni” gücləndirərdi. İndi situasiya fərqlidir:
- İranda Xameneinin toxunulmazlığı streotipi böyük ölçüdə qırılıb;
- Ciddi şəkildə zəifləyən “müqavimət oxu” coğrafiyasındakı “Vilayəti-fəqih” tərəfdaları daha çox “sağ qalmaq” haqqında düşünürlər;
Xameneinin neytrallaşdırılması 12 günlük müharibə dövründə proqnozlaşdırılan riskli effekti verməyə bilər.
Dini lider rejim daxilində rəqabətdə olan və post-Xamenei dövündə önə çıxmaq uğrunda mübarizə aparan tərəflər üçün birləşdirici fiqurdur. Onun yoxluğu İranda daha öncə gözlənilən post-Xamenei dövrünün post-rejim dövrünə keçidini sürətləndirə bilər. /axar.az/