Misli Premyer Liqasının oyunlarına təyinat alan hakimlərin Antalya şəhərində təlim-məşq toplanışı start götürüb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, yanvarın 12-dən 18-dək müddətdə hakimlərimizə nəzəri və praktiki seminarlar keçəcəklər UEFA Hakimlər Komitəsinin üzvlərinin kimliyi də müəyyənləşib.
Söhbət beynəlxalq səviyyədə tanınmış təlimçilər - məşhur ispaniyalı Karlos Velasko və UEFA-da fiziki hazırlıq üzrə baş məşqçi Verner Helsendən gedir.
Qeyd edək ki, 40-a yaxın ədalət təmsilçisinin qatıldığı toplanışa Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri Frank De Blekere və Hakimlər Komitəsinin sədri Rəhim Həsənov rəhbərlik edir.