AZ

“Yuventus”dan tarixi qələbə: Turin klubu Seriya A da 8 ildən sonra 5 qol vurdu

ain.az bildirir, Apasport portalına istinadən.

İtaliya çempionatında Seriya A-nın XX turunun son oyunları çərçivəsində Turin təmsilçisi “Yuventus” doğma meydanda “Kremonese”ni darmadağın edib. Görüş “qoca sinyora”nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Apasport.az xəbər verir ki, “Yuventus” sonuncu dəfə İtaliya çempionatında beş və ya daha çox qol vurmağı 8 il əvvəl bacarmışdı. Bu hadisə 4 fevral 2018-ci ildə qeydə alınmışdı. Həmin vaxt Turin klubu “Sassuolo”nu 7:0 hesabı ilə məğlub etmişdi.

İtaliya çempionatının növbəti turunda “Yuventus” səfərdə “Kalyari” ilə qarşılaşacaq. Görüş yanvarın 17-də keçiriləcək.

Hazırda Luçano Spallettinin rəhbərlik etdiyi komanda Seriya A turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

“Real”ın yeni baş məşqçisi bəlli olub - RƏSMİ

Superkubokda məğlub oldu - İSTEFAYA GÖNDƏRİLDİ

“Qarabağ” “Neftçi”yə qalib gəlib

“Portu” baş məşqçisi ilə yeni müqavilə imzalayıb - RƏSMİ

İstanbul klubundan "Fənərbaxça"nın müdafiəçisinə təklif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
2
apasport.az

3Mənbələr