AZ

Azeri Light markalı Azərbaycan nefti bahalaşıb

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Dünya enerji bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

BAKU.WS xəbər verir ki, CIF şərtləri ilə satılan Azərbaycan neftinin bir barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,04 faiz bahalaşaraq 68,54 ABŞ dollarına yüksəlib.

Bundan əvvəl "Azeri Light" neftinin qiyməti 68,51 ABŞ dolları səviyyəsində olub. Qeyd edək ki, 2026-cı il üçün dövlət büdcəsində Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
baku.ws

1Mənbələr