AZ

Fransa millisinin keçmiş müdafiəçisi karyerasını başa vurdu

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fransa millisinin, "Liverpul" və PSJ-nin keçmiş müdafiəçisi Mamadu Sako 35 yaşında karyerasını başa vurduğunu elan edib.

Oxu.Az "France24" nəşrinə istinadən xəbər verir ki, Sako ötən ilin yanvar ayında Gürcüstanın "Torpedo Kutaisi" klubundan ayrıldıqdan sonra klubsuz qalmışdı.

Qeyd edək ki, Fransa millisinin heyətində 29 dəfə meydana çıxan futbolçu PSJ akademiyasının yetirməsidir. O, 2012-13 mövsümündə Liqa 1 titulunu qazanan komandada yer alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
113
oxu.az

1Mənbələr