Milli.Az xəbər verir ki, ölkənin milli valyutası rial avro və dollara qarşı faktiki olaraq "0,00" səviyyəsinə enib.
Rialın kəskin devalvasiyası 28 dekabr 2025-ci ildən bəri fasiləsiz davam edən etirazları da "körükləyib". Nümayişlərdə onlarla insan həyatını itirib, minlərlə insan saxlanılıb.
Valyutanın dollar və avroya qarşı rekord səviyyədə düşməsi, inflyasiyanın artması və yaşayış xərclərinin yüksəlməsi etirazçıların əsas narahatlığını təşkil edir. 28 dekabrdan bəri davam edən nümayişlər iqtisadi problemlərlə başlayıb, lakin son günlərdə siyasi islahatlar və hakimiyyətə etiraz şüarları da davam edir.
Qeyd edək ki, İranda baş verən aksiyalarda ölənlərin sayı 500-ü keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31