AZ

Özbəkistan qaz hasilatını artırmağı planlaşdırır

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“Özbəkneftegaz” səhmdar cəmiyyəti gündəlik qaz hasilatını 70 milyon kubmetrədək artırmağı planlaşdırır.

“APA-Economics”in Özbəkistan Prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə “Özbəkneftegaz”ın gələcək vəzifələri və planları haqqında təqdimat zamanı məlumat verilib.

Təqdimatda vurğulanıb ki, “Özbəkneftegaz” səhmdar cəmiyyətinin əsas vəzifəsi təbii qaz ehtiyatlarının və onun hasilat həcmlərinin artırılmasıdır.

“Qeyd edilib ki, şirkət gündəlik qaz hasilatını 66 milyon kubmetrdən 70 milyon kubmetrədək artırmaq və bu il ən azı 25,4 milyard kubmetr qaz istehsal etmək üçün tədbirlər görməlidir”, - məlumatda qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
1
icma.az

2Mənbələr