Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkəərazisində yaxın günlər ərzində qeyri-sabit və yağıntılı havaşəraitinin müşahidə olunacağı, əsasən dağlıq və dağətəyi rayonlaraqar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, temperaturunxeyli enəcəyi, bəzi yerlərdə güclü külək əsəcəyiproqnozlaşdırılır.
Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin əhaliyəmüraciətində qeyd olunub.
Qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək, müvafiqtəhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır:
"Soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarındanistifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardanistifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayətedilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmışqızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsihəddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcıcihazlar nəzarətsiz qoyulmamalıdır.
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə dədağlara səfər edən vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədəryaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqdahərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı,avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayətqədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalıolan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və gününqaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyəolunur.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı vəmüvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,elektrik dirəyi və naqillərinin, hündür ağacların altındadayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verənyanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərəalaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarınaxüsusilə ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!"