Sənəddə qeyd olunur ki, Müdafiə Nazirliyinin bütün strukturları Gemini və Grok kimi qabaqcıl generativ süni intellekt modellərinə çıxış əldə edəcək. Eyni zamanda, bu texnologiyaların sürətli və təhlükəsiz şəkildə hazırlanması və tətbiqi üçün xüsusi rəhbər prinsiplər hazırlanacaq. Məqsəd korporativ iş axınlarını köklü şəkildə yeniləmək və daha səmərəli etməkdir.
Pentaqon süni intellektdən yalnız inzibati və analitik işlərdə deyil, həm də hərbi əməliyyatların idarə olunması, döyüş ssenarilərinin modelləşdirilməsi və yeni silah növlərinin hazırlanmasında istifadə etməyi nəzərdə tutur.
Qurum həmçinin süni intellekt sahəsində ən yaxşı mütəxəssisləri cəlb etməyi planlaşdırır. Açıqlamada vurğulanır ki, ABŞ hərbi strukturlarında süni intellektin əsas texnologiyaya çevrilməsi ölkənin bütün əməliyyat sahələrində üstünlüyünü daha da gücləndirməlidir.
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31