AZ

Göyçayda quldurluq edən şəxsdən narkotik vasitə də aşkarlandı

Göyçayda

Göyçay rayonunda quldurluq hadisəsi qeydə alınıb. Kamuflyaj olunaraq gecə saatlarında mənzilə daxil olan naməlum şəxs kəsici alətlə ev sahibinə hədə-qorxu gələrək ondan pulların yerini deməsini tələb edib.DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ulusum.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı Fərid Qəribov saxlanılıb.Onun yaşadığı ünvana baxış keçirilərkən 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana da aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.R.Daşdəmirova

Diqqət Çəkənlər

Doqquz nəfər xəstəxanalıq oldu NIYƏ?

Astroturizm stressin azalmasında yeni yanaşma kimi diqqət çəkir VİDEO

Noxud yeməyin faydaları

Seçilən
55
33
ulusum.az

10Mənbələr