AZ

Qrenlandiyanın ilhaqı ilə bağlı layihə Nümayəndələr Palatasına təqdim edildi


ABŞ Nümayəndələr Palatasının üzvü Rendi Fayn (Florida ştatından respublikaçı) Vaşinqtonun Qrenlandiyanı ilhaq etməsinə imkan verən qanun layihəsini təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, sənəd ABŞ Nümayəndələr Palatasının veb saytında dərc edilib.
Sənədə görə, Amerika Prezidentinə Danimarka Krallığı ilə danışıqlar aparmaq, Qrenlandiyanı ilhaq etmək və ya başqa şəkildə ABŞ ərazisi kimi əldə etmək də daxil olmaqla zəruri tədbirlər görmək səlahiyyəti verilir.
Bundan sonra Qrenlandiyanın Amerika dövləti hesab ediləcəyi güman edilir.
Faynın sözlərinə görə, qanun layihəsi Arktikada ABŞ-nin milli maraqlarını qorumaq, həmçinin Çin və Rusiyadan gələn artan təhdidlərə qarşı durmaq məqsədi daşıyır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib. İlk səlahiyyət müddəti ərzində o, Qrenlandiyanı satın almağı təklif edib. 2025-ci ilin mart ayında isə onun ilhaq edilə biləcəyin bildirib və imtina ediləcəyi təqdirdə Danimarkanı ticarət tarifləri ilə hədələyib. Danimarkanın Baş naziri Mette Frederiksen bu iddiaları rədd edərək, adanın krallığın bir hissəsi olduğunu vurğulayıb.
Seçilən
28
1
yeniavaz.com

8Mənbələr