AZ

Halk obrazının ifaçısı Trampı dünyanın ən pis insanı adlandırıb

Mark Ruffalo Minnesota ştatında baş verən atışmadan sonra ABŞ prezidentini sərt tənqid edib...

Hollivud aktyoru, “Qisasçılar” kino­françayzində Halk obrazı ilə tanınan Mark Ruffalo ABŞ prezidenti Donald Trampı kəskin tənqid edib.

Poliqon xəbər verir ki, bu barədə Independent nəşri məlumat yayıb.

“Qızıl Qlobus” mükafatının qırmızı xalçasında jurnalistlərə açıqlama verən aktyor ABŞ liderini “dünyanın ən pis insanı” adlandırıb. Ruffalo Trampı Venesuela ilə bağlı siyasətinə görə ittiham edib, eyni zamanda prezident ətrafında gedən məhkəmə çəkişmələrinə, biznes sənədlərinin saxtalaşdırılması və cinsi zorakılıq iddialarına diqqət çəkib.

Tədbir zamanı Mark Ruffalo ilə yanaşı Ariana Qrande və Nataşa Lyon kimi məşhurlar da üzərində “Yaxşı ol” və “İmmiqrasiya xidməti rədd olsun” məzmunlu nişanlar taxıblar. Bu ifadələr ABŞ vətəndaşı Rene Nikol Qudun adına istinad kimi təqdim olunub.

Qeyd olunur ki, həmin nişanlar yanvarın 7-də Minnesota ştatının Minneapolis şəhərində baş verən faciəvi hadisəyə etiraz kampaniyasının tərkib hissəsi olub. Belə ki, Rene Nikol Qud ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşı tərəfindən açılan atəş nəticəsində həlak olub.

Müşahidə kameralarının görüntülərində ICE əməkdaşlarının yolun ortasında dayanan Qudun avtomobilinə yaxınlaşdığı əks olunub. Xidmətdən olan şəxs qapının açılmasını tələb edib və dəstəyə uzanıb. Avtomobil hərəkətə başlayan anda, maşının qarşısında dayanan əməkdaş silah çıxararaq ən azı iki dəfə sürücüyə atəş açıb.

Hadisədən sonra Minneapolis şəhərinin meri Ceykob Frey ICE-dən şəhəri “dərhal tərk etməyi” tələb edib. O bildirib ki, xidmət əməkdaşları baş verəni özünümüdafiə kimi təqdim etməyə çalışır. Merin sözlərinə görə, bu izahlar tamamilə əsassızdır.

Poliqon.info

Seçilən
89
poliqon.info

1Mənbələr