AZ

Valideynlər diqqət: Məktəblilərlə bağlı VACİB XƏBƏR

Dogru.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

13 yanvar 2026-cı il saat 15:00-a qədər şagirdlərin elektron yerdəyişməsi üzrə təsdiqlənmiş sorğular üçün tələb olunan bütün sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir.

Doğru.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Qeyd olunur ki, 8 yanvar saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb.

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı ildən tədris ilinin sonunadək aktiv edilməyəcək.

Məktəbəhazırlıq qrupları və 1–10-cu siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
21
dogru.az

10Mənbələr