AZ

Yerdəyişmə ilə bağlı sənədlərin təqdim edilməsi bu gün başa çatır

13 yanvar 2026-cı il saat 15:00-dək şagirdlərin elektron yerdəyişməsi üzrə təsdiqlənmiş sorğulara aid tələb olunan sənədlər müvafiq ümumi təhsil müəssisələrinə təqdim edilməlidir.

Bu barədə “Cebheinfo.az”-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat daxil olub. 

Bildirilib ki, müəyyən edilmiş vaxtadək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Xatırladaq ki, 8 yanvar saat 15:00-dan etibarən 2025–2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb.

Seçilən
49
13
cebheinfo.az

10Mənbələr