Qusarda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yanvarın 13-ü gecə saatlarında rayonun Yasab kəndində baş verib.
Dəm qazından zəhərlənən 25 yaşlı Samirə Şahmərdanova Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dəm qazının toksiki təsiri diaqnozu ilə xəstəxanaya yerləşdirilən gəncin həyatı həkimlərin vaxtında müdaxiləsi nəticəsində xilas olunub.
"Cebheinfo.az"