ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Bakının “Ağ Şəhər” ərazisində yeni təmirdən çıxmış küçələrdən biri ictimai müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, yenilənmiş yol infrastrukturu geniş səkiləri, salınmış ağacları, yaşıllıq zolaqlarını və nizamlı parklanma imkanlarını ilə müsbət mənzərə yaradır.
Lakin bütün bu üstünlüklərə baxmayaraq, küçədə velosiped zolaqlarının olmaması diqqətdən yayınmayıb. Yolun en ölçüləri və mövcud planlaşdırma velosipedlər üçün infrastruktur yaratmağa kifayət qədər imkan verir. Buna baxmayaraq, layihədə bu element nəzərə alınmayıb.
Bakının bu küçəsinin piyadalaşdırılması yekunlaşır; avtomobillərə giriş qadağan olunub - FOTO
Qeyd olunur ki, “Ağ Şəhər” kimi müasir urbanistik yanaşma tətbiq olunan ərazilərdə velosiped zolaqlarının salınması həm ekoloji nəqliyyatın təşviqi, həm də nəqliyyat yükünün azaldılması baxımından vacibdir. Şəhərsalma baxımından bu cür küçələr gələcəkdə yenidənqurma tələb etmədən kompleks şəkildə planlaşdırılmalıdır.

Mütəxəssislər hesab edirlər ki, mövcud şəraitdən istifadə edərək velosiped zolaqlarının sonradan əlavə olunması mümkündür və bu, ərazinin nəqliyyat funksionallığını daha da artırar.
Eltac Zülfüqaroğlu
Oxunub 184
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.