Bakı. Trend:
Hazırda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İtaliyadakıinvestisiya portfelinin bazar dəyəri 2,8 milyard dollar təşkiledir.
Trend xəbərverir ki, bunu bu gün energetika naziri Pərviz Şahbazov Bakıdakeçirilən Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrəHökumətlərarası Komissiyanın VI iclasında bildirib.
Nazir vurğulayıb ki, indiyədək Azərbaycandan İtaliyaya 342milyon dollar, İtaliyadan isə Azərbaycana 805 milyon dollarməbləğində investisiya qoyulub: "Sözsüz ki, bu sahədə bizim böyükpotensialımız var. Hazırda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)İtaliyadakı investisiya portfelinin bazar dəyəri 2,8 milyard dollartəşkil edir. Bu göstəricilərin artımını təmin etmək üçünsərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair sazişinimzalanması qarşımızda duran zəruri məsələlərdəndir".
P. Şahbazovun sözlərinə görə, Azərbaycan ötən il təkcə SOCARvasitəsilə 10 milyon 340 min ton neft və ümumilikdə 9,5 milyardkubmetr qaz tədarük etməklə İtaliyanın xam neft üzrə əsas, təbiiqaz üzrə isə ikinci ən böyük təchizatçısı mövqeyini qorubsaxlayıb.
"Avropada Azərbaycanın neft və qazının ən böyük alıcısı olanİtaliya, ümumi neft ixracının təxminən 45%-ni, qaz ixracının isə38%-ni yönəldib", - nazir əlavə edib.