Fransanın "Ayaçço" klubunun keçmiş prezidenti Alen Orsoni anasının dəfn mərasimi zamanı güllələnib.
QOL.az xəbər verir ki, hadisə yanvarın 12-də Korsikanın Viro kommunasında olub.
Orsoni hadisə nəticəsində dünyasını dəyişib. Onu güllələyən şəxsin kimliyi isə hələlik məlum deyil.
Orsoni 71 yaşında idi və 2008-ci ildən 2015-ci ilə qədər "Ayaçço"nun prezidenti vəzifəsində çalışıb.