AZ

Qəbələ “Qış Nağılı” Musiqi Festivalına hazırlaşır

Bakı. Trend:

Fevralın 5-8-də Qəbələdə Beynəlxalq “Qış Nağılı” MusiqiFestivalı keçiriləcək.

Trend xəbər verir ki, ÜzeyirHacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, HeydərƏliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və“Gilan”ın dəstəyi və ilə ikinci dəfə reallaşan layihə 2009-cu ildəntəşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraqsənətsevərləri bir araya toplayır.

Festival günlərində Qəbələnin Heydər Əliyev Konqres Mərkəzindərəngarəng proqram - Qara Qarayevin xatirəsinə həsr olunan konsert,vokal, kamera instrumental musiqi axşamı, flamenko-caz musiqigecəsi, solo çıxışlar təqdim ediləcək.

Tamaşaçılar Azərbaycan və dünya bəstəkarlarının sevilənəsərlərini dinləmək imkanı qazanacaqlar.

Çıxış edənlər :

Azərbaycan Respublikasının Xalq artistləri - Fərhad Bədəlbəyli,Murad Adıgözəlzadə, Əməkdar artistlər - Afaq Abbasova, ƏyyubQuliyev, Emil Əfrasiyab, respublika və beynəlxalq müsabiqələrlaureatları - Aysun Mahmudova, Azər-Rza, Aytac Şıxəlizadə, HəsənBilalov, İbrahim Babayev, Mahir Tağızadə, Nicat Aslanov, RuslanHüseynov, musiqi kollektivlərindən Azərbaycan Dövlət Akademik Operavə Balet Teatrının Simfonik Orkestri, Azərbaycan Dövlət SimliKvarteti və İspaniyadan xüsusi qonaqlar - Cristina Cazorla, JavierMoreno, Andrés Barrios.

Seçilən
86
5
az.trend.az

6Mənbələr