AZ

Misir təyyarəsi Ermənistandan keçməklə Azərbaycana gəlib

Misir

Misirdən havaya qalxan CASA C295 tipli hərbi-nəqliyyat təyyarəsi Azərbaycan istiqamətində uçuş zamanı Ermənistanın hava məkanından istifadə edib.Ulusum.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.Məlumata görə, Qahirə–Bakı marşrutu üzrə uçuş 2025-ci ilin dekabr ayının əvvəlində baş tutub. Elə həmin gün təyyarə yenidən Ermənistan hava məkanı vasitəsilə Misirə geri qayıdıb.Hadisə ilə bağlı nəşr Ermənistan Xarici İşlər Nazirliyinə sorğu ünvanlayaraq uçuşun məqsədini dəqiqləşdirib. Nazirlikdən bildirilib ki, sözügedən uçuş özəl səfər xarakteri daşıyıb.“Qahirə–Bakı reysini Ermənistanın hava məkanı üzərindən həyata keçirən təyyarə sərnişin təyyarəsi olub. O, Azərbaycana özəl qaydada səfər edən yüksək vəzifəli şəxsi çatdırıb”, – deyəErmənistan XİN-in açıqlamasında qeyd olunub.Qeyd edək ki, Misir Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin uçuş trayektoriyası Flightradar24 portalında əks olunub.R.Daşdəmirova

Diqqət Çəkənlər

Doqquz nəfər xəstəxanalıq oldu NIYƏ?

Noxud yeməyin faydaları

Qar yağacaq – Sürücülərə xəbərdarlıq

Seçilən
21
10
ulusum.az

10Mənbələr