Bakı, 13 yanvar, AZƏRTAC
“Apple” şirkətinin süni intellekt modelləri və “Siri” köməkçisinin növbəti nəsli üçün “Google” kompaniyasının “Gemini” platformasından istifadə edəcəyini açıqlamasından sonra “Alphabet” səhmləri bir faiz bahalaşıb.
AZƏRTAC xəbər verir ki, CNBC telekanalının məlumatına görə, “Alphabet” bazar kapitallaşması 4 trilyon dolları keçən dördüncü şirkət olub. Ümumilikdə isə onun səhmləri 2025-ci ildə 65 faiz artıb.
Qeyd edək ki, ötən ilin iyulunda “Nvidia” və “Microsoft” şirkətləri, oktyabr ayında isə “Apple” 4 trilyon dollarlıq həddi keçməyə nail olub. Lakin sonradan “Apple” və “Microsoft” şirkətlərinin bazar kapitallaşması xeyli aşağı düşüb.