AZ

Tanınmış iş adamlarının oğulları saxlanıldı

ain.az, Konkret.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Beyləqan rayonunda 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı polisə məlumat daxil olub.

Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə beş nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

KONKRET.az nocomment.az-a istinadən xəbər verir ki, saxlanılanlar arasında Beyləqan rayonunda iş adamı kimi tanınan Qəhrəman Qəhrəmanovun oğlu Xəyal Qəhrəmanov da var.

15 yaşlı Ayselə qarşı zorakılıq edənlər arasında Sadıqov Həzi Əsgər oğlu, Aslanlı Elgün İbad oğlu da var.

Bu şəxslərin valideynləri Beylaqan rayonunda geniş biznes imkanlarına sahibdirlər.

Qeyd edək ki, Beylaqanda geniş biznes imkanlarına sahib olan Qəhraman Qəhramanovun oğlu Xəyal Qəhramanov dəbdəbəli həyat tərzi ilə seçilib. Sosial platformada onun bir çox bahalı avtomobilləri ilə və restoranda fotoları yayımlanıb.

Saxlanılan şəxslərin fotolarını təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
90
2
konkret.az

2Mənbələr