AZ

İranda etirazlar fonunda internetə çıxış məhdudlaşdırılıb

Bakı. Trend:

Son günlərdə İranda internet məhdudiyyətinin tətbiq olunmasıhökumətin tərcih etmədiyi qərardır.

Trend-inməlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bugün (13 yanvar) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranın hazırkı hökuməti vətəndaşlarıninternetlə təmin olunmasına prinsip olaraq yanaşır.

Mohacerani bildirib ki, lakin ölkənin təhlükəsizlik orqanlarıölkədə baş verən təhlükəsizlik məsələlərinə görə, internetə çıxışaməhdudiyyətin tətbiq olunmasına qərar verib.

Hökumət rəsmisi qeyd edib ki, İran hökuməti internetə çıxışıvətəndaşların haqqı hesab edir və tezliklə ölkədə internetə çıxışınbərpa olunacağına ümid bəsləyir.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,say haqda məlumat verilməyib.

Əlavə edək ki, İranda etirazlar fonunda 8 yanvardan internetçıxışına məhdudiyyət tətbiq edilib.

Seçilən
59
az.trend.az

1Mənbələr