Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycanda qızına elçi gələn bir ata oğlandan sağlamlıq haqqında arayış istəyib.
Ölkə.Az xəbər verir ki, bunu şəxsi inkişaf kouçu Gülgün Quliyeva deyib. O, yaranmış vəziyyəti gəlcəyə yönəlik müsbət addım kimi qiymətləndirib:
“Özəlliklə veneroloji (əsasən cinsi əlaqə yolu ilə bir insandan digərinə keçən infeksiya) xəstəlikləri varmı və ya tarixçəsi varmı deyə soruşub və narkotest istəyib.
Sağalırıq, millət. Bunu edən ana deyil, atadır”,- deyə o söyləyib.
G.Quliyevanın bu sözləri sosial şəbəkələrdə genişş müzakirələrə yol açıb.
Atanın bu addımını dəstəkləyənlərlə yanaşı, oğlan evinin də qız tərəfindən müəyyən testlər istəməsi gərəkdiyini düşünənlər də var.
Billurə Yunus
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.