AZ

"Tramp yolu" layihəsi üzrə növbəti addım atılacaq

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan özünün "Facebook" hesabındaməlumatyayıb. Bildirib ki, Ararat Mirzoyan bu gün ABŞ-nin paytaxtı Vaşinqton şəhərinə ikigünlük səfərə yollanacaq. O, səfər çərçivəsində Marko Rubio ilə görüşəcək. Bəyanatın görüşün yekununda imzalanması nəzərdə tutulur.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adlanacağını bildirib.
Ermənistanın Baş naziri:"Tramp yolu" üçün demarkasiya şərtdir"

Öz növbəsində, Prezident İlham Əliyev Ağ Evdə birgə mətbuata bəyanatda söyləyib ki, sözügedən təşəbbüs çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq:

"Bu, həqiqətən, tarixi gündür. Qafqazda sülhü bərqərar edirik. Bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Donald Trampın da düzgün qeyd etdiyi kimi, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq".

Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyan da avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində, eləcə də sonrakı çıxışlarında layihə haqqında danışıb. Onun sözlərinə görə, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var.

Firudin Həmidli
AzVision.az
Seçilən
19
5
azvision.az

10Mənbələr