AZ

İstanbulda İŞİD-ə qarşı əməliyyat: 8 nəfər tutuldu

İstanbulda keçirilən əməliyyat zamanı İŞİD-in maliyyələşdirilməsində iştirak edən 8 nəfər saxlanılıb. Bildirilir ki, onlar təşkilat üzvlərinə - həm İstanbulda yaşayanlara, həm də Suriyadakı münaqişə zonalarında fəaliyyət göstərən üzvlərə maliyyə yardımı göstəriblər.

Bizim.Media xəbər verir ki, məlumatı TRT Haber yayıb.

Axtarış zamanı ələ keçirilmiş rəqəmsal materiallar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Bizim.Media

Seçilən
27
1
bizim.media

2Mənbələr