AZ

İsrail və ABŞ İŞİD terrorçularını İrana göndəriblər

İran Baş Qərargahı ABŞ və İsraili etirazlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarını və mülki şəxsləri öldürmək üçün İrana İŞİD terrorçularını göndərməkdə ittiham edib.

KONKRET.az xəbər verir ki, bu barədə qərargah bəyanat yayıb.

“ABŞ və İsrail 12 günlük (İran və İsrail arasında 2025-ci ilin iyunun 13-də baş verən müharibə, – red.) müqəddəs müdafiə müharibəsindəki məğlubiyyətlərini kompensasiya etmək üçün böyük millətimizə qarşı İŞİD terrorçularını hücuma keçirdi və vəhşi heyvanlardan da betər olan bu muzdlular mülki şəxsləri və təhlükəsizlik işçilərini öldürdülər”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, dekabrın sonlarında İranda yerli valyutanın devalvasiyası fonunda etirazlar baş verib.Etirazlar ölkənin 25 əyalətində 60-dan çox şəhərə yayılıb. Ən böyük etirazlar Tehranda, ən şiddətli toqquşmalar isə qərbdə və cənub-qərbdə, Məlikşahi, Kirmanşah və Lordeqan şəhərlərində qeydə alınıb. (unikal)

Seçilən
11
1
konkret.az

2Mənbələr