AZ

Millimiz Danimarka yığması ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan millisinin yanvarın 22-si və 24-də Danimarka yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatı dəqiqləşib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Qarşılaşmalardan birincisi yanvarın 22-də, saat 19:00-da start götürəcək. Yanvarın 24-nə təyin olunan ikinci görüşün start fiti isə 16:00-da səsləndiriləcək.

Qeyd edək ki, hər iki oyun Bakı İdman Sarayında təşkil olunacaq.

"Cebheinfo.az"

Seçilən
45
4
cebheinfo.az

7Mənbələr