Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyanın qalmaqallı teleaparıcısı Vladimir Solovyovun böyük oğlunun Londonda model kimi fəaliyyət göstərdiyi üzə çıxıb.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Amerikalı yazıçı və publisist Ceyson Smartın bildirdiyinə görə, Solovyovun böyük oğlu Daniil Böyük Britaniyada təhsil alıb və hazırda Londonda yaşayaraq model kimi çalışır.
Araşdırmalar zamanı jurnalistlər gənc Daniilin bir neçə fotosunu da əldə ediblər. Ceyson Smart bu şəkilləri özünün X (Twitter) hesabında paylaşıb. Fotolarda Daniil Solovyov qara kostyumda, qara dırnaq boyası ilə poz verir.
Qeyd olunur ki, çəkiliş məşhur rus stilisti Vlad Lisovetsin brendi üçün həyata keçirilib. Paylaşılan fotolar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Şəbnəm
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.