AZ

“Tehrandakı mitinq düşmənlərin planlarını pozdu” - Pezeşkian

“Ötən gün Tehranda keçirilən mitinq İranın düşmənlərinin planlarını pozdu”.

Missiya.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən hökumətyönlü mitinqi şərh edərkən deyib.

O bildirib ki, mitinq İran xalqının ərazi bütövlüyünü qorumaq iradəsini göstərib və xarici qüvvələrin məkrli planlarına sarsıdıcı cavab olub.

Siyasətçi qeyd edib ki, aksiya miqyasına görə misilsizdir, vətəndaşların ayıq-sayıqlığını və dini dəyərləri müdafiə etməyə hazır olduqlarını nümayiş etdirir.

Pezeşkian mitinqdə iştirak edən vətəndaşlara təşəkkürünü bildirib və onların sədaqətini yüksək qiymətləndirib.

Onun sözlərinə görə, mitinq həm də amerikalı siyasətçilər və muzdlu qüvvələr üçün xəbərdarlıq xarakteri daşıyır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
12
3
missiya.az

4Mənbələr