AZ

Türkiyədə əməliyyat: Oktay Kaynarca, Emel Müftüoğlu və daha 3 nəfər saxlanıldı

“Kurtlar Vadisi” serialının məşhur aktyoru Oktay Kaynarca saxlanılıb.

“Yeni Sabah” Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul Prokurorluğunun keçirdiyi əməliyyat çərçivəsində aktyor O.Kaynarca ilə yanaşı, müğənni Emel Müftüoğlu da daxil olmaqla, daha  bir bir neçə nəfər də tutulub.

Prokurorluqdan verilən rəsmi açıqlamaya əsasən, Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan cinayət işi çərçivəsində bu şəxslər saxlanılıb:

Oktay Kaynarca

Emel Müftüoğlu

Neda Şahin

Ali Sert

Rabia Karataş

Selen Çetinkaya

Açıqlamada adıçəkilən şəxslər istifadə məqsədilə narkotik və ya psixotrop maddə saxlamaq, narkotik istifadəsini asanlaşdırmaq, fahişəliyə təşviq etmək və ya vasitəçilik etmək, eləcə də qumar oynanması üçün yer və imkan yaratmaq cinayətlərindən birini və ya bir neçəsini törətməkdə şübhəli bilinirlər.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
83
2
yenisabah.az

4Mənbələr