AZ

Iran International: Aksiyalarda 12 min insan öldürülüb

ain.az, Azvision portalına istinadən məlumat yayır.

Bu barədə Britaniyada fəaliyyət göstərən farsdilli "Iran International" telekanalı öz mənbələrinə istinadən xəbər yayıb. Telekanal Milli Təhlükəsizlik üzrə Ali Şuraya, İranın Prezident Administrasiyasına, İslam İnqilabı Keşikçiləri Korpusuna ("Sepah") yaxın anonim şəxslərdən, habelə şahidlər və həkimlərdən topladığı məlumata əsasən belə iddia irəli sürür ki, ən çox insan qətli 8-9 yanvar gecələrində ali dini lider Əli Xameneinin əmri əsasında həyata keçirilib: "Bu məlumat açıqlanmazdan qabaq dəfələrlə yoxlanılıb və təsdiqlənib. Qurbanların əksəriyyəti 30 yaşdan kiçik şəxslərdir". Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb.

CBS: "Pentaqon" hücum ssenarilərini nəzərdən keçirir"

ABŞ Prezidenti Donald Tramp yanvarın 2-də İran xalqına müraciət ünvanlayaraq diqqətə çatdırıb ki, Vaşinqton onlara hər an dəstək göstərməyə hazırdır. Rəsmi Tehran bu hədə-qorxunu pisləyib. Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahu da etirazçıları dəstəklədiyini bildirib. Əli Xamenei ölkədəki iğtişaşdan yaxasını qurtarıb Moskvaya qaçarsa, 2024-cü ilin dekabrında müxalif qüvvələrin devirdiyi sabiq Suriya prezidenti Bəşər Əsədlə oxşar aqibəti bölüşəcək. Xatırladaq ki, Bəşər Əsəd də məhz Rusiyaya qaçıb. Onun hazırda Moskvanın qərbində - bahalı və dəbdəbəli mülkləri ilə tanınan Rublyovka massivində yaşadığı deyilir. Maraqlıdır ki, rəsmi Moskva bu iddianı nə danır, nə də təsdiqləyir. 2025-ci ilin sentyabrında Suriya məhkəməsi ona qarşı qətl, işgəncə və qanunsuz həbs ittihamları ilə qiyabi həbs hökmü çıxarıb. Eyni zamanda, sonuncu İran şahının oğlu, hazırda ABŞ-də yaşayan Rza Pəhləvi "Fox News" telekanalına müsahibəsində diqqətə çatdırıb ki, müvafiq şərait meydana gələndə İrana qayıtmağa, teokratik hakimiyyətə qarşı mübarizəyə qoşulmağa hazırdır. Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
3
azvision.az

6Mənbələr