Türkiyəli aktyor Oktay Kaynarca tanınmış şəxslərə qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 6 nəfər saxlanılıb.
Məlumata görə, saxlanılanlar arasında Oktay Kaynarca ilə birlikdə, Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabi Karataş və Selen Çetinkaya da var.