"Expressbank" Biznes Bankçılıq imkanlarını genişləndirməkdə davam edir.
"Unikal" xəbər verir ki, artıq "Expressbank"ın Biznes Bankçılıq müştəriləri Biznes krediti,
İnvoys maliyyələşdirilməsi və Overdraft sifarişi üçün filiala yaxınlaşmadan, internet bankçılıq platforması üzərindən müraciət edə bilərlər.
Qeyd edək ki, "Expressbank" biznes müştərilərinə illik 12%-dən başlayan faiz dərəcəsilə 60 ayadək müddətdə 5 000 000 AZN-dək biznes kreditləri təklif edir. Üstəlik 24 ayadək güzəşt müddəti tətbiq olunur. Yəni kreditin əsas məbləği üzrə ödənişə 24 ay sonra başlamaq imkanı var.
Həmçinin Bankın Biznes Bankçılıq xidmətlərinin Bank müştərilərinə hər zaman əlçatan olmasını təmin edən “Express Business” tətbiqi aktivdir.
Bankın Biznes Bankçılıq xidmətləri haqqında daha çox məlumat alaraq sizə lazım olan xidmət üçün müraciət edə bilərsiniz.
Qeyd edək ki, 2025-ci ildə "Fitch" beynəlxalq reytinq agentliyi "Expressbank" ASC-nin uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.
"Expressbank" Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.