AZ

“Neftçi” erməniəsilli futbolçu transfer edəcək?

“Neftçi” erməniəsilli belaruslu futbolçu Karen Vardanyanı transfer edə bilər. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Belarus millisinin forvardını sərəncamında görmək niyyətindədir. Soliqorsk “Şaxtyor”unun sabiq çalışdırıcısı 22 yaşlı mərkəz hücumçusunu Belarusda işlədiyi dönəmdən tanıyır. Lakin “Neftçi” ilə yanaşı, Vardanyan yetirməsi olduğu “Vitebsk”in də gündəmindədir.

Vardanyan 2025-ci il mövsümündə bütün turnirlərdə 35 oyuna çıxıb, 10 qolla “Dinamo”nun ən məhsuldar oyunçusu olub.

"Cebheinfo.az"

Seçilən
68
3
cebheinfo.az

4Mənbələr