AZ

Bir ayda ikinci qəza... Piyadaların həyatı təhlükədədir

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paytaxtın Xətai rayonu Gəncə prospektində piyadaların təhlükəsizliyi baxımından riskli vəziyyət yaranıb.

“Qafqazinfo” xəbər verir ki, ərazidə piyadaların hərəkət etdiyi pilləkənlər birbaşa yolun hərəkət hissəsinə birləşir. Nəticədə bir anda yolun hərəkət hissəsinə çıxan vətəndaşlar avtomobilləri idarə edən sürücülərin diqqətinin ümidinə qalır, qəza ehtimalı kəskin artır. Son olaraq yanvarın 11-də axşam saatlarında burada pilləkəndən enən sərnişini maşın vurararaq ağır xəsarətlər yetirib. Mətbuatda yayılmış məlumata görə, bir ay əvvəl, daha dəqiq desək ötən ilin 5 dekabr tarixində də bu keçidin üzərində piyadanı maşın vuraraq öldürüb. Oxşar hadisə ötən ilin avqustunda da baş verib. Bunlar hələ bildiyimiz hadisələrdir.

Vətəndaşların sözlərinə görə, Xəzər dairəsindən Ukrayna dairəsinə doğru hərəkət etdikdə ilk keçid olan bu yerdə yol kənarında marşrut avtobuslarının dayanacağı da var. Orada avtobusların dayanması sürücülərin ani olaraq piyada keçidinə çıxan vətəndaşları görməsini bir qədər də çətinləşdirir. Yolun kənarında səkinin olmaması və hərəkətin təşkilindəki qüsurlar gələcəkdə də ağır hadisələrin baş verməsini qaçılmaz edir.

Mütəxəssislər bildirirlər ki, bu ərazidə yol infrastrukturunda dəyişiklik edilməli, piyadaların hərəkət şəraiti yaxşılaşdırılmalı, müvafiq qurumlar tərəfindən tədbirlər görülməlidir.

AYNA-dan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ərazidə piyadaların təhlükəsizliyi üçün əsas problem səkilərin olmamasıdır:

“Səki olmadığından yolu keçmək istəyən piyadalar üçün görmə məhdudiyyəti yaranır. Təhlükəsizliklə bağlı məsələnin həlli istiqamətində iş aidiyyatı qurum tərəfindən səkilərin inşası həyata keçirildiyi təqdirdə görülə bilər.

Hərəkət iştirakçıları ərazidə quraşdırılan nişanların və nişanlanma xətlərinin tələblərinə riayət etməlidirlər”.

Aslan Vəliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
qafqazinfo.az

2Mənbələr