AZ

Vaşinqton Tehrana qarşı yeni sanksiyaları nəzərdən keçirir

Bakı, 13 yanvar, AZƏRTAC

ABŞ İranın enerji və bank sektorlarına, eləcə də ölkədəki əsas şəxslərə qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, ABC telekanalı bu barədə Ağ Ev administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.

Bundan əlavə, ABŞ administrasiyasının bir neçə sabiq məmuru bildirib ki, həm genişmiqyaslı hərbi hücumlara, həm də İranın konkret liderlərinə və ya polis infrastrukturuna qarşı daha dəqiq zərbələrə dair planlar Prezident Donald Trampa təqdim ediləcək.

Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə 25 faiz əlavə rüsum tətbiq edib. Ağ Ev rəhbəri Tehrana qarşı güc tətbiqini də istisna etməyib.

 

Seçilən
39
4
azertag.az

5Mənbələr