AZ

“Gəzən söz-söhbətə inanmaq istəmirəm” – Firuz Abdulla danışılmış oyun qalmaqalından danışdı

“Bizə bu mövzuyla bağlı AFFA-dan hansısa məktub daxil olmayıb” – bu sözləri “Football-plus.az”a “Səbail”in icraçı direktoru Firuz Abdulla deyib.

O, 1-ci liqanın 12-ci turunda keçirilən “Səbail” – “Şimal” oyununun (3:4) AFFA tərəfindən araşdırılması haqda yayılan iddialarla bağlı fikirlərini bölüşüb. Funksioner məlumatların həqiqəti əks etdirdiyi təqdirdə federasiyaya yardım etmək istədiklərini bildirib:
“Bu matçla bağlı gəzən söz-söhbətə inanmaq istəmirəm. AFFA-nın şübhələndiyi matçları araşdırmaq hüququ var. Belə hadisə yaşanarsa, etiraz etmərik. Əksinə, federasiyadan rəsmi müraciət olunacağı halda, qarşı tərəfə araşdırma prosesinə yardım göstərməyə hazırıq”.
KƏNAN BAHADIR
Seçilən
43
football-plus.az

1Mənbələr