Almaniyanın Bavariya əyalətində zəncirvari qəza baş verib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, 20-dək nəqliyyat vasitəsinin toqquşduğu qəzaya yolun buz bağlaması səbəb olub. Hadisə nəticəsində 13 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Qəza ilə əlaqədar yol nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanıb.