224 kilometr uzunluğundakı Qars-Iğdır-Aralık-Dilucu dəmir yol xətti Zəngəzur dəhlizi üçün əhəmiyyətlidir.
"Yeni Sabah" Anadolu-ya istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
O, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı işləri davam etdirdiyini qeyd edib: “Naxçıvan tərəfdə də yarımçıq qalan işlər var. Azərbaycan tərəfi yəqin ki, bu il onların icrasına başlayacaq”.
Nazir Zəngəzur dəhlizinin tikintisində ABŞ-ın iştirakını da vurğulayıb.
Abdulkadir Uraloğlunun sözlərinə görə, Türkiyə tərəfi bu il üçün orada irəliləyiş gözləyir.
Nazir əlavə edib ki, bununla da Zəngəzur dəhlizi 2030-cu ilə qədər istismara verilə bilər.
Telegram kanalımız