Aktual.az xəbər verir ki, bu barədə türkiyəli müğənni Mahsun Kırmızıgül sosial media hesabında yazıb.
Bu paylaşımından sonra sosial şəbəkə istifadəçiləri müğənnini tənqid edib və "Amerika yazdırır”, "İsrail yazdırır”, "Fələstin haqqında heç nə yazmayıb” kimi ittihamlar səsləndiriblər.
"Bizi tənqid etməkdənsə, bu ölkədə Fələstin və Qəzza deyib, gizlicə ABŞ və İsrailin maraqlarına xidmət edənlərə baxın. İstər İranda, istər Fələstində, istərsə də Suriyada, dilindən, dinindən, milliyyətindən və ya rəngindən asılı olmayaraq, məzlum olan hər kəs üçün kədərlənirəm”, - Kırmızıgül iddialara cavab verib.