Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
“Mən gənclərə tövsiyə edirəm ki, evlənəndə xanımın bürcünə də baxsınlar”.
Gununsesi.info xəbər verir ki, bunu müğənni Tacir Şahmalıoğlu Vüsalə Əlizadənin aparıcılıq etdiyi “İncə səhər” verilişi deyib.
“Məsələn, mənim xanımım balıq bürcüdür və çox mülayim insandır. Mən əsəbi olanda o məni sakitləşdirir, mən od olanda o su olur. Düzdür, bəzən mən də sakit ola bilirəm.
Mən əkizlər bürcüyəm. Bəzən fikirlərim tez-tez dəyişir. Ancaq xanımım balıq bürcü olduğu üçün biz bir-birimizi daha yaxşı başa düşür və yola veririk”.
Müğənni hesab edir ki, bürclər münasibətlərdə böyük rol oynayır.
Şəbnəm
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.