AZ

Avtobusdan düşən qadın az qala maşına çırpılacaqdı ANBBAN VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bərdədə qayda pozan piyada sürücüyə çətin anlar yaşadıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb. Kadrlardan göründüyü kimi, mikroavtobusdan enən qadın yolun hərəkət hissəsinə diqqət yetirmədən çıxıb. Bu zaman o, ərazidən keçən avtomobillə toqquşmaqdan son anda xilas olub.

Piyadanı vaxtında görən sürücü sola manevr edərək baş verə biləcək qəzanın qarşısını alıb. Eyni zamanda o, park edilmiş avtomobili vurmaqdan son anda yayınıb. 

Qeyd edək ki, qanunvericiliyə əsasən piyadalar yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməli və nəqliyyat vasitələrinin məsafəsini düzgün qiymətləndirməlidirlər. Bu kimi diqqətsizliklər ağır nəticələrə səbəb ola bilər.

Nərmin

Oxunub 320

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
avtosfer.az

1Mənbələr