AZ

Pis hava şəraiti hava nəqliyyatını iflic edib: BU ÖLKƏDƏ

Ajans.az Reuters-ə istinadən xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada və Çexiyanın paytaxtı Praqada yerləşən beynəlxalq hava limanları müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Məhdudiyyətlər buzlanma ilə müşayiət olunan əlverişsiz hava şəraiti səbəbindən tətbiq edilib. Bu səbəbdən bir sıra reyslər ləğv olunub, digərləri isə alternativ hava limanlarına yönləndirilib.

Hava limanları rəhbərliyi vəziyyətin hava şəraitindən asılı olaraq qiymətləndirildiyini və uçuşların bərpası ilə bağlı əlavə məlumatın veriləcəyini bildirib.

Seçilən
189
Ajans.az

1Mənbələr