AZ

Rusiyada dəhşət: Novokuznetskdə 9 yeni doğulmuş körpə ölüb

Rusiyanın Kemerovo vilayətinin Novokuznetsk şəhərində Yeni il bayramı zamanı doğum evində 9 yeni doğulmuş körpə ölüb. Vətəninfo.az TASS-a istinadən  xəbər verir ki, hadisə stasionar respirator infeksiya ilə bağlı tətbiq olunan karantin rejimi dövründə baş verib.

Kuzbass Səhiyyə Nazirliyi faktı təsdiqləyib və bölgə üzrə araşdırmaların başladığını bildirib. Kemerovo vilayəti üzrə İstintaq Komitəsi, regional prokurorluq və Rusiya Səhiyyə Nəzarəti xidmətləri hadisəni araşdırır.

İlkin araşdırma çərçivəsində Rusiyanın Cinayət Məcəlləsinin 293-cü maddəsi — səhlənkarlıq — üzrə iş açılıb və məsul şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Hazırda doğum evində baş verən hadisənin səbəbləri araşdırılır və əlavə açıqlamaların yaxın günlərdə veriləcəyi gözlənilir.

Seçilən
95
veteninfo.az

1Mənbələr