AZ

Fənərbaxça Türkiyə kuboku oyununa 5 itki ilə çıxacaq

Apasport saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyə Kubokunda C qrupunun II turu çərçivəsində "Fənərbaxça" sabah səfərdə "Beyoğlu Yeni Çarşı" ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, “Fənərbaxça”da zədəsi davam edən Arçi Braun, Levent Mercan, Edson Alvarez və Nelson Semedo, eləcə də Afrika Millətlər Kubokunda çıxış edən Yusif En-Nesiri bu oyunda komandaya kömək edə bilməyəcək.

Bununla yanaşı, Fred 3 həftəlik cəzasını başa vurub. Texniki heyətin qərarından asılı olaraq, braziliyalı matçın iştirak ərizəsinə salına bilər.

Görüş "Rəcəb Tayyib Ərdoğan stadionu"nda keçiriləcək və saat 21:30-da start götürəcək. Matçı hakim Turqut Doman idarə edəcək.

Qeyd edək ki, kubokun ilk turunda doğma meydanda "Beşiktaş"a məğlub olan “sarı-lacivərtlilər” bu dəfə qalib gələrək turnirdə ilk qələbəsini qazanmağı hədəfləyir.

Keyn Bundesliqada rekord qırdı: 60 illik tarixi göstərici

“Yuventus”dan tarixi qələbə: 8 ildən sonra ilk dəfə

Virtz "Liverpul" tarixinə düşüb

“Beşiktaş”dan “Korintians”a - RƏSMİ

“Beşiktaş”dan ayrıldı - YENİ KLUBU BƏLLİ OLDU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
apasport.az

2Mənbələr