
İnsayder Arseni İsayenyanın yaydığı məlumata görə, Belarusun “Dinamo Minsk” klubunun erməniəsilli hücumçusu Karen Vardanyan “Neftçi” klubunun maraq dairəsinə daxil olub.
Yeniavaz.com xəbər verir ki, o, futbolçunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidubun istədiyini bildirib.
“Şaxtyor Soliqorsk”un keçmiş baş məşqçisi “Dinamo Minsk”in 22 yaşlı mərkəz hücumçusunu Belarusda işlədiyi dövrdən tanıyır.
Ancaq Vardanyanla “Neftçi” ilə yanaşı, Belarus çempionu “Vitebsk” də maraqlanır.