BAKI, 13 yanvar. TELEQRAF
“Hazırda Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri arasında ayrıca təmaslar yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan bildirib.
“Hazırda müdafiə nazirlikləri arasında ayrıca təmaslar yoxdur. Yeni bir şey olarsa, bu barədə danışacağıq. Bu mərhələdə deyə biləcəyim heç nə yoxdur”, - Papikyan qeyd edib.