AZ

Papikyan 18–20 yaşlı qızları hərbi xidmətə çağırdı

Ermənistan Müdafiə naziri Suren Papikyan 18–20 yaşlı qadınların hərbi xidmətə cəlb edilməsinin vacib islahat olduğunu bildirib. Vətəninfo.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, 2025-ci ilə qədər bir sıra digər qanunvericilik islahatları da həyata keçiriləcək.

Papikyan qeyd edib ki, qanunvericilikdə edilən dəyişikliklər nəticəsində 2023-cü illə müqayisədə hərbi xidmətə çağırışlarda 19 faiz artım müşahidə olunub və bu, onun fikrincə, mühüm uğurdur.

“18–20 yaşlı qızları orduya cəlb etmək vacibdir. Mən onları xidmətə getməyə çağırıram. Həmçinin valideynləri qızlarının bu addımı atmasına icazə verməyə çağırıram”, – deyə Müdafiə naziri əlavə edib.

Nazirlik bildirir ki, bu islahatlar hərbi hazırlığın gücləndirilməsi və ölkənin müdafiə imkanlarının artırılması məqsədi daşıyır.

Seçilən
21
veteninfo.az

1Mənbələr